Tehran – İRNA - İlham Əliyev bu gün səhər İranın Bakıdakı səfirliyinə gələrək İran xalqının kədərinə şərik olduğunu ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün səhər İran İslam Respublikasının Bakıdakı səfirliyində olaraq, xatirə kitabını imzalayıb. O, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanların xatirəsini ehtiramla yad edib, doktor Rəisi və doktor Əmir Abdullahiyanın şəhadəti ilə bağlı başsağlığı verib.