İslam İnqilabının Ali Rəhbəri əlavə edib: “Tunis ölkəsinin başında cənab Qeys Səid kimi görkəmli və akademik şəxsiyyətin olması, uzun illər davam etmiş avtoritar idarəçilikdən və İslam dünyası ilə əlaqəni kəsdikdən sonra bu ölkənin yeni və yaxşı simasını göstərmək üçün bir fürsətdir.”
Həzrət Ayətullah Xamenei bildirib: “Tunis xalqının tərəqqi və irəliləmək üçün çoxlu istedadı var. Ümid edirik ki, cənab Qeys Səidin tədbiri ilə Tunisdə müxtəlif cərəyanlar arasında lazımi birlik yaradılacaq və gələcək irəliləyiş üçün zəmin yaranacaq.”
“Ərəb dünyasında belə mövqelər inkişaf etdirilməlidir. Çünki təəssüf ki, Ərəb dünyasında belə məsələlərə diqqət yetirilmir. İnanırıq ki, uğurun yeganə yolu dözüm göstərmək və əzmkarlıqdır” - deyə, həzrət Ayətullah Xamenei qeyd edib.
İslam İnqilabının Ali Rəhbəri sonra deyib: “Mərhum Prezidentimizin hökuməti iş, hərəkət və ünsiyyət hökuməti idi. İndi cənab doktor Müxbir sərəncamında olan tam səlahiyyətlərlə əlaqələri inkişaf etdirmək üçün eyni yolu davam etdirəcək.”
Bu görüşdə Tunis Prezidenti cənab Qeys Səid son faciəli hadisə ilə əlaqədar Tunis hökuməti və xalqı adından səmimi başsağlığını ifadə edərək deyib: “İranın mərhum Prezidenti ilə son görüşümüz bir müddət əvvəl Əlcəzairdə oldu. Orada razılaşdıq ki, mən Tehrana səfər edim. Amma onun vəfatı ilə bağlı başsağlığı vermək üçün Tehrana gələcəyimi heç vaxt ağlıma gətirməzdim.”
Tunis Prezidenti iki ölkənin əlaqələrinin bütün sahələrdə genişləndirmək üçün ortaq iradəyə toxunaraq, razılaşmalara əməl etməklə əməkdaşlığın genişləndirilməsinin praktiki şəkildə reallaşacağına ümid etdiyini bildirib.
Cənab Qeys Səid həmçinin bölgənin vəziyyətinə və sionist rejim tərəfindən Qəzzə əhalisinin qətliam edilməsinə toxunaraq vurğulayıb: “İslam dünyası indiki passiv mövqeyindən əl götürməlidir və yekdilliklə bütün Fələstin torpaqlarında Fələstin xalqının hüquqlarına nail olmağa və paytaxtı Qüdsi-şərif olmaqla müstəqil hökumət qurmağa çalışmalıdır.”
Publish Date: 22 may 2024 - 22:49
Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün Tunis Prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə cənab Qeys Səidin son hadisə ilə bağlı qardaşcasına və səmimi hisslərinə görə minnətdarlıq edərək deyib: “Prezidentin, bir qrup məmurun və onları müşayiət edənlərin itirilməsi hadisəsi ağırdır, amma İslam Respublikası dövründə biz bunu həmişə müşahidə etmişik ki, ilahi hikmət əsasında və insanların səbr və möhkəmliyi ilə acı hadisələr inkişaf və hərəkətlərin mənbəyinə çevrilmişdir.”