Bu telefon danışığında Suriya Prezidenti Bəşər Əsəd bildirib: “Şəhid Rəisi bizim üçün Şəhid Süleymani kimi nüfuzlu şəxsiyyətdir. Onun adı və xatirəsi Suriya xalqının və hökumətinin yaddaşında əbədi olaraq qalacaq.”
Suriya Prezidenti vurğulayıb: “Şəhid Rəisi həmişə zülmə qarşı olub və Fələstin xalqı son günlər bu məsələnin yaxından şahidi olub. O, həmişə sözdə və əməldə müqavimət oxunu və Fələstin ideyasını dəstəkləyib. Dünya onun barəsində bunu daim xatırlayacaq.”
Əsəd əlavə edib: “Suriya xalqı şəhid Rəisi və Əmir Abdullahiyanı Hacı Qasim Süleymani kimi zülm əleyhinə və qlobal təkqütblülüyə qarşı mübarizə aparan, regionun və dünyanın məzlumlarının yanında olan biri hesab edir. Ölkəmiz Suriyada onun hörməti əbədidir. Bu səbəbdən biz də böyük dərdinizə şərik olmaq üçün ölkəmizdə milli matəm elan etdik.”
Suriya Prezidenti qeyd edib: “Çox istərdim ki, bu günlərdə İran xalqının yanında olam, İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb, şəxsən başsağlığımı bildirəm. Ona görə də ilk fürsətdə başsağlığımı bildirmək və iki ölkə arasında siyasi əlaqələri gücləndirmək üçün İrana səfər edəcəyəm.”
Bu telefon danışığında Prezidentin vəzifəsini icra edən Məhəmməd Müxbir Suriyada milli matəm elan edilməsini, həmçinin bu ölkənin Baş nazirinin və onun nümayəndə heyətinin şəhid Rəisi ilə dünənki vida mərasimində iştirakını yüksək qiymətləndirərək deyib: “Suriya İran xalqının strateji tərəfdaşı və daimi dostudur. Sizin mesajınız və Suriya dövlət xadimlərinin İranda olması bizə təsəlli verir.”