Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayid Ali-Nihyan ölkəmizin şəhid prezidenti və xarici işlər nazirinin beynəlxalq anım mərasimində iştirak edərkən, Ayətullah Rəisinin və şəhid xarici işlər naziri Doktor Əmir Abdullahianın pak cənazəsini ehtiramla yad edib və Fatihə oxuyub. O, sonra ölkəmizin xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb və müzakirələr aparıb.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ölkəsinin Əmiri Şeyx Məhəmməd bin Zayid Ali-Nihyanın və vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Raşid Əl-Məktumun başsağlığı və həmdərdlik mesajlarını ölkəmizin yüksək vəzifəli rəsmiləri, hökuməti və xalqına çatdırıb. O, bu çətin vəziyyətdə İrana səfərini dostluq və həmrəyliyin dərinliyini ifadə etmək, iki ölkə ilə xalqları arasında qardaşlıq münasibətlərini vurğulamaq olduğunu hesab edib.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Ayətullah Rəisinin xarici siyasətə dair strateji baxışına toxunaraq, qonşuluq siyasətini şəhid prezidentin uzaqgörən yanaşması hesab edib və deyib: İslam İnqilabının Rəhbəri tərəfindən bu siyasətin təsdiqi ilə, vurğulanmalıdır ki, qonşularla münasibətlərdə gərginliyin azaldılması İran İslam Respublikasının qəti və strateji siyasətidir və regional əməkdaşlıq üçün effektiv olan bu strategiya mütləq davam edəcək.