Fələstin müqavimət qruplarının liderləri: Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə, Fələstin İslami Cihad Hərəkatının Baş katibinin müavini Məhəmməd əl-Hindi, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin Baş katibinin müavini Cəmil Məzhər və şəhid Prezident Ayətullah Rəisi və Xarici İşlər naziri Əmir Abdullahiyanın şəhadətinin beynəlxalq anım mərasimində iştirak etmək üçün Tehrana səfər etmiş hər üç qrupun siyasi ofisinin bir sıra üzvləri ilə birlikdə Zirvə Zalında iştirak etdikdən, İran İslam Respublikasının şəhid Prezidenti və Xarici İşlər nazirinin xatirəsini hörmətlə yad etdikdən sonra Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüblər, öz tərəflərindən və müqavimətçi Fələstin xalqı adından İslam İnqilabının Ali Rəhbərinə və İranın hökuməti və xalqına başsağlığı veriblər, həmrəylik ifadə ediblər.
Bu görüşdə Fələstinin müqavimət liderləri Əmir Abdullahiyanın xatirəsini ehtiramla yad ediblər, onun regional və beynəlxalq toplantı və qurumlarda Fələstin xalqının hüquqlarının müdafiəsində xüsusi səy və fəaliyyətinə toxunublar, şəhid Əmir Abdullahiyanın Ərəb və İslam ölkələri ilə əlaqə körpülərinin yaradılması və möhkəmləndirilməsində göstərdiyi səyləri yüksək qiymətləndiriblər.