Nyu-York - İRNA - Gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş prezident Ayətullah Seyid İbrahim Rəisi, şəhid olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər şəhidlərin xatirəsini anma mərasimi keçirəcək.

BMT-nin Baş Assambleyası gələn cümə axşamı İran helikopteri qəzasında həyatını itirən İran prezidenti, xarici işlər naziri və digər şəhidlərinin xatirəsini anma mərasimi keçirməyi planlaşdırır.

BMT-nin 78-ci Baş Assambleyasının prezidenti Dennis Francis bu toplantının mayın 30-da (cümə axşamı) keçiriləcəyini açıqlayıb.