İslam Şurası Məclisinib on ikinci çağırışının açılış mərasimində məhkəmə orqanlarının rəisi, müxtəlif ölkələrin Tehrandakı səfirləri, əvvəlki məclislərin sədrləri, İran İslam İnqilabının ali dini liderinin nümayəndəsi Höccətül-İslam Məhəmməd Məhəmmədi Qolpayeqani, şəhid olmuş hərəm müdafiəçilərindən bir neçəsinin ailəsi, on üçüncü hökumətin nazirləri, prezident səlahiyyətlərini icra edən, ölkə və ordu rəsmiləri də iştirak edirlər.
Bu mərasimdə ilk olaraq iclası idarə etməyi ən çox yaşı olanlar öz üzərinə götürəcək. Yaş hesablamalarına görə, Laristan xalqı tərəfindən seçilən Ələddin Borucerdi (təxminən 74 yaş) və Zahidan xalqı tərəfindən seçilən Hüseyn Əli Şəhriyari (təxminən 73 yaş) yaşa görə idarə heyətinin sədri və sədr müavini olacaqlar.
Həmçinin Konstitusiyanın 67-ci maddəsinə əsasən parlamentdə seçilmiş nümayəndələr təmsilçilik, əmanətdarlıq və təqva vəzifələrini yerinə yetirmək üçün millət vəkilliyi andı içirlər.
Gələcəkdə seçilmiş nümayəndələr İran İslam Respublikasının banisi İmam Xomeyni (r.ə.) və İslam İnqilabı şəhidlərinin müqəddəs hərəmində olub, onların xatirəsinə ehtiramlarını bildirəcək və əhdlərini təzələyəcəklər.