İRNA-nın siyasi məsələlər üzrə bölməsinin məlumatına görə, həzrət Ayətullah Xamenei böyük mücahid Seyid Həsən Nəsrullahın sevimli anasının vəfatı ilə bağlı məktub ünvanlayaraq ona başsağlığı verib.
İslam İnqilabının Ali Rəhbərinin məktubunun mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Böyük mücahid Livan müqavimətinin rəhbəri cənab höccətül-islam vəl-müslimin Hacı Seyid Həsən Nəsrullahın (bərəkətləri davamlı olsun) mübarək hüzuruna
Salam aleykum
Əziz ananızın vəfatı münasibətilə səmimi başsağlığı verirəm. O mərhumun uca şəxsiyyəti haqda bu qədər demək kifayət edir ki, müqavimətin yorulmaz Seyyidi onun pak ağuşundan qalxmışdır. Allahın razılıq və rəhməti olsun ona, Allahın salam və bərəkəti olsun sizə və böyük müqavimət cəbhəsindəki mübariz yoldaşlarınıza.
Seyid Əli Xamenei
7 xordad 1403 (27 may 2024)