Tehran - İRNA - Əl-Cəzirə sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfah şəhərinə bu gün səhər erkən hücumlarında şəhid olanların sayının 16 nəfərə çatdığını bildirib.

Əl-Cəzirə kanalı də səhər erkən saatlarda Rəfah şəhərinə edilən hücumlarda onlarla insanın yaralandığını açıqlayıb.

Sionist ordusunun dünən gecədən bu gün səhərə kimi hücumlarının diqqət mərkəzi Rəfah şəhərinin qərbindəki Əs-Səudiyyə və Təll Əs-Sultan məhəllələri və bu şəhərin şimal-qərbindəki fələstinli qaçqınların düşərgəsi olub.

Əl-Cəzirə telekanalının məlumatına görə, Rafah şəhərinin qərbində Təll Əs-Sultan Klinikası və İndoneziya Xəstəxanası içərisində güclü atəşə məruz qalması səbəbindən tibb işçiləri və xəstələr mühasirədə qalıb.

Sionist rejim ordusunun bu səhər Qəzza zolağının mərkəzində Əl-Burəyc düşərgəsindəki bir evə hücumunda iki nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.