“Əl-Cəzirə” telekanalı İngiltərə Dəniz Təhlükəsizliyi Şirkətinə istinadən Yəmənin Hudeydə şəhərinin 54 dəniz mili cənub-qərbində təhlükəsizlik hadisəsi barədə məlumat aldığını bildirib.
Şirkət bəyan edib ki, ilkin məlumatlara görə raket hücumu olub və bir gəmiyə üç raket dəyib.