Dünya Mərkəzi Mətbəx Təşkilatı sionist rejimin Rəfaha hücumlarından sonra bu bölgədəki fəaliyyətini dayandırdığını açıqlayıb.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) də Qəzzə zolağında təhlükəsizlik, yardım və yanacaq olmadığını bildirib.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris də Fələstin xalqının sığınacağı üçün Qəzzə zolağında təhlükəsiz yer olmadığı barədə xəbərdarlıq etmişdi.
“Əl-Cəzirə” kanalına danışan Harris sionist rejimin sağlamlıq mərkəzlərini hədəf almasından təəccübləndiyini bildirərək deyib: “Biz hələ də bilmirik ki, (İsrail) niyə xəstəxanaları və təcili yardım maşınlarını bombalayır.”