Yəmən Silahlı Qüvvələrinin donanması, pilotsuz təyyarə və raket bölməsinin Uca Allahın köməyi ilə 6 hərbi əməliyyat keçirdiyini bəyan edən general-mayor Yəhya Sərii əlavə edib: “Qırmızı dənizdə üç hərbi əməliyyat keçirilib və ilk əməliyyatda LAAX gəmisi birbaşa vurularaq ciddi zədələndi.”
Silahlı Qüvvələrinin sözçüsü bu üç əməliyyatının bir neçə dəniz raket, ballistik raket və pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini açıqlayaraq deyib: “İkinci əməliyyatda MOREA gəmisi, üçüncü əməliyyatda isə Sealady gəmisi hədəfə alındı.”
Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələri Ərəb dənizində Amerikanın “Alba” və “Maersk Hartford” gəmilərini bir neçə raket və pilotsuz uçuş aparatı ilə hədəfə alaraq daha iki hərbi əməliyyat keçirdi.
Yəhya Sərii açıqlamasının davamında bildirib: “Altıncı hərbi əməliyyat bir sıra qanadlı raketlərlə Aralıq dənizində MINERVA ANTONİA-nı hədəfə aldı.”
Publish Date: 29 may 2024 - 18:40
Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (çərşənbə günü) Qırmızı, Ərəb və Aralıq dənizlərində 6 gəmiyə qarşı 6 əməliyyat keçirildiyini bildirib.