Tehran - İRNA - İslam Şurası Məclisinin sədri dünya və İslam hökumətlərindən diplomatik mülahizələri bir kənara qoyub bütün gücləri ilə sionistlərin cinayətləri qarşısında bəşəriyyətin ləyaqətini müdafiə etmələrini istəyib.

Məhəmməd Baqir Qalibaf cümə axşamı - 30 may - İslam Şurası Məclisinin açıq iclasında qərarından öncəki çıxışında deyib: Bu gün dünyanın gözü Rəfahdadır; Parça çadırlardan başqa heç bir maneəsi və müdafiəsi olmayan evsiz qaçqınlar yer üzündəki ən amansız məxluqlar, sionist cinayətkarlar tərəfindən bombalanır. Rəfahda alovlanmış çadırların və yandırılmış uşaqların görüntüləri dünya insanlarının ürəyini ağrıtdı, onların dözümünə son qoydu.

O, davam etdi: Dünya hökumətləri, xüsusən də İslam hökumətləri diplomatik kompleksləri və mülahizələri bir kənara qoyub, insanlığın ləyaqətini var gücü ilə müdafiə etməlidirlər. Bu hərbi cinayətlərə qarşı hərəkətsizlik bəşəriyyəti vəhşilik dövrünə aparacaq. Bu gün təkcə Fələstin, Qəzzə və Rəfah deyil, bəşər sivilizasiyasının nailiyyətləri təhlükə altındadır. Rəfahda yanan uşaqların səsləri bəşəriyyətin insanların aşkar hüquqlarını müdafiə etməməsinin sənədidir və hökumətlərin öz xalqlarının ən humanist duyğularına biganə qalmasının simvoludur.