Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi vurğulayıb: “Bizim dini, fiqhi, əxlaqi və humanitar mövqeyimiz ondan ibarətdir ki, İsrail xərçəng şişini bölgədən silmək üçün gecə-gündüz bütün səylərimizi sərf etməliyik.”

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah Ayətullah Əllamə Mücahid Şeyx Əli Kuraninin vəfatı ilə əlaqədar başsağlığı verməklə yanaşı deyib: “Amerika və İngiltərənin təcavüzünə qarşı Yəmən xalqı və ordusu ilə tam həmrəy olduğumuzu bəyan edirik.”

Hizbullah lideri çıxışının başqa bir hissəsində deyib: “Benyamin Netanyahu müharibə məsələsinə təkid etməklə, sionist rejimin vəziyyətini daha da pisləşdirəcək. Sionist rejimin mərkəzi bankının rəhbəri, ordu rəhbərləri və yüksək rütbəli hərbçilər bu rejimin daxilindəki fəlakət və böhrandan danışırlar. Qəzzə müharibəsi ekzistensial müharibədir. Buna görə də sionist rejimin bu müharibədə məğlubiyyəti bütün regionun hər bir sahələrində böyük təsirlər qoyacaq.”