İranda prezident seçkilərinin 14-cü turu üçün namizədlərin qeydə alınması cümə axşamından (30 may) başlayıb. Qeydiyyat prosesi 5 gün davam edəcək. Səlahiyyətlərin araşdırılması 7 gün, namizədlərin təbliğatı isə 14 gün çəkəcək və prezident seçkiləri üçün səsvermə iyunun 28-də keçiriləcək.