İmam Xomeyninin vəfatından sonra onun cənazəsi 1368-ci il xordadın 15-də (m. 5 iyun 1989) Tehran müsəllasına aparıldı, cənazə namazından sonra əvvəl cənazəni dəfn üçün müsəlladan 20 km məsadəfə yerləşən Beheşte-Zəhraya aparılması planlaşdırıldı. Yolun əvvəlindən tabutu helikopter müşayiət edirdi. Yolun ortasında cənazəni müşayiət etməyə gələn çoxlu insan axınından yola davam etmək qeyri-mümkün oldu. Helikopter çətinliklə yerə endi. Meyit təkrar kəfənlənmək üçün Cəmarana, ertəsi gün isə dəfn yerinə aparıldı. Həmin vaxt İran əhalisinin altıda biri (on milyondan çox insan), 32 kilometrlik izdiham İmam Xomeyninin cənazəsini müşayiət etmək üçün Beheşt Zəhra yaxınlığına gəldi. Beləliklə, bu dəfn mərasimi dünyanın ən böyük dəfn mərasimi adlandı.
Aşağıda təqdim edilən fotolardan bəziləri İRNA xəbər agentliyinin arxivindən 1368-ci ildə (m. 1989) İnqilabın Böyük Rəhbərinin vəfatından sonra keçirilən mərasimlərə aiddir və ilk dəfə olaraq dərc edilir.