Publish Date: 4 iyun 2024 - 10:57

Tehran - İRNA - Livandakı görüşlər başa çatdıqdan sonra səfərini davam etdirən xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri bu gün - çərşənbə axşamı səhər Suriyanın paytaxtı Dəməşqə gedib.

İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni regional səfərinin davamı olaraq bu gün - iyunun 4-də Suriya hökumət rəsmiləri ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün bu ölkənin paytaxtı Dəməşqə gedib.

Baqiri Kəni Livandakı görüşlərinin sonunda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb və söhbət edib.