Beynəlxalq Atom Enerjisi Agentliyinin Hakimlər Şurasının rüblük iclasında üç ölkə tərəfindən ilk dəfə təqdim edilən bu birgə bəyanatda deyilir: Ölkələrimiz həmişə BHFP-nın güclü dəstəkçisi olublar. Digər tərəflərlə birlikdə biz vaxtımızı və səyimizi 2015-ci ildə BHFP sazişinin bağlanmasına və sonra onun həyata keçirilməsinə səbəb olan danışıqlara sərf etdik.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında səfiri və daimi nümayəndəsi Mixail Ulyanov tərəfindən təqdim edilən bu bəyanatda əlavə olunur: 2018-ci ildən ABŞ qeyri-qanuni və birtərəfli şəkildə bu sazişdən çıxması, İrana qarşı birtərəfli və qeyri-qanuni sanksiyalar tətbiq etməsi və maksimum təzyiq siyasətini tətbiq etməsi bu razılaşma üçün dönüş nöqtəsi oldu, amma bizim BHFP-na dəstəyimiz dəyişmədi.
İran, Çin və Rusiya “BHFP-nın bərpası üçün heç bir səylərini əsirgəmədiklərini” vurğuladılar və xatırladıblar ki, onlar Vyanada keçirilən 8 mərhələ danışıqlar nəticəsində BHFP-nın icrasının bərpasına dair 2022-ci ilin avqustundakı razılaşmanın mətni əsasında razılaşmağa hazır olduqlarını bəyan ediblər.