Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni Dəməşqə səfərini davamında Həzrət Zeynəbin (s.ə.) və Həzrət Rüqəyyənin (s.ə.) hərəmini ziyarət edib.

Həzrət Zeynəbin (s.ə) hərəmini ziyarət etdikdən və bəzi zəvvarlarla söhbət etdikdən sonra Baqiri Kəni ziyarətgahın nəzarətçisi ilə də söhbət edib və zəvvarların, o cümlədən iranlı zəvvarların bu ziyarətgahda olmasının son vəziyyəti ilə maraqlanıb.

Həmçinin ölkəmizin xarici işlər naziri vəzifəsini icra edən və onu müşayiət edən nümayəndə heyəti Həzrəti Rüqəyyə (Allahın salamı ona olsun) müqəddəs hərəmini ziyarətə gediblər.

Əli Baqiri Kəninin Həzrəti Rüqəyyənin (s) hərəmini ziyarəti zəvvarların şəhid Ayətullah Rəisi və şəhid Əmir Abdullahianın ruhlarını şad etmək üçün salavat sədaları ilə müşayiət olunub.

Ölkəmizin xarici işlər naziri vəzifəsini icra edən bu gün (çərşənbə axşamı) günorta Suriyaya səfəri zamanı prezident Bəşər Əsədlə görüşüb və söhbət edib.

Qəzza böhranı və sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə son qoyulmasının vacibliyi ilə bağlı müzakirələr iki tərəf arasında dialoqun ən mühüm mövzularından olub.