İran İslam Respublikası Xarici İşlər Nazirliyinin 5 iyun 2024-cü il tarixli bəyanatında MAQATE-nin Hakimlər Şurasının iclasında bir sıra ölkələrin İran əleyhinə qətnamə qəbul etməsini qətiyyətlə pisləyib.
Bu bəyanatda deyilir: İran İslam Respublikası bu qətnamənin təqdim edilməsini və təsdiqini siyasi və qeyri-konstruktiv hərəkət və bəzi Qərb ölkələrinin əvvəlki uğursuz siyasətlərinin davamı və beynəlxalq mexanizmlərdən müstəqil ölkələrə qarşı siyasi sui-istifadə cəhdi kimi qiymətləndirir.
Xarici İşlər Nazirliyi bu bəyanatda əlavə edib: İran İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Mühafizə Müqaviləsinə əsaslanan beynəlxalq hüquq və öhdəlikləri çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlığı davam etdirmək əzmindədir.
Bu bəyanatda deyilir: Bu qətnamənin verilməsi İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadəsini
davam etdirmək və ölkənin müvafiq beynəlxalq müqavilələrdəki hüquqlarına uyğun olaraq nüvə inkişaf planlarından faydalanmaq iradəsinə heç bir təsir göstərməyəcək.