Nyu York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının qətnaməsində İrana qarşı irəli sürülən iddiaları rədd edərək, öz mövqelərini açıqlayıb.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasının dövriyyədəki sədri və həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə yazdığı məktubunda bildirilir: “Avropa üçlüyü İran İslam Respublikasını JCPOA öhdəliklərinə əməl etməməkdə ittiham edirlər. Halbuki, mövcud vəziyyətin əsas səbəbini bilərəkdən görməzlikdən gəlirlər.”

İranın BMT-dəki səfirinin məktubunda qeyd olunur ki, Tehranın islahat tədbirləri görmək qərarı JCPOA-nın 26 və 36-cı bəndlərinə əsasən, onun ayrılmaz hüququna tam uyğundur və ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxmasına cavab addımıdır.