Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii cümə günü Qırmızı dənizdə iki gəminin hədəf alındığını bildirib.

Y. Sərii açıqlamasında deyib ki, Yəmən Hərbi Dəniz Qüvvələri və Raket Qüvvələri Qırmızı dənizdə iki birgə əməliyyatda işğal altındakı Fələstinin limanlarına girişi qadağan edən qanunu pozan şirkətlərə məxsus Elbella və AAL GENOA gəmilərini hədəfə alıb.

“Qüvvələrimizin əməliyyatları Fələstin xalqını dəstəkləmək və sionist rejimin Rəfahdakı qaçqınlara qarşı cinayətlərinə,  Amerika və İngiltərənin Yəmənə təcavüzünə cavab vermək məqsədi daşıyır” - deyə, mətbuat katibi qeyd edib.

O, vurğulayıb: “Qəzzəyə müdaxilələr dayandırılana və bu ərazinin blokadasına son qoyulana qədər hərbi əməliyyatlar davam edəcək.”

Sərii pilotsuz təyyarələr və ballistik raketlərlə bu iki gəmiyə endirilən zərbələrin uğurlu olduğunu açıqlayıb.