Sərhədsiz Həkimlər təşkilatı sionist rejimin Nusəyrat düşərgəsinə qanlı hücumu səbəbindən Qəzza xəstəxanalarının, xüsusilə Əl-Əqsa və Nasir xəstəxanalarının acınacaqlı vəziyyətindən xəbər verib.
Bu beynəlxalq təşkilatın dərc etdiyi bəyanatda deyilir: Bizim yardım qruplarımız Əl-Əqsa və Nasir xəstəxanalarının tibb işçiləri ilə çiyin-çiyinə sionist rejimin bombardmanı zamanı yaralanan əksəriyyəti qadın və uşaqlar olan çoxlu sayda yaralı selini müalicə edir.
Sərhədsiz Həkimlər Təşkilatının Qəzza zolağındakı koordinatoru Samuel Johan deyib: Əl-Əqsa xəstəxanasında vəziyyət kabus kimidir. Sionist rejimin Qəzzada əhalinin sıx məskunlaşdığı əraziləri bombalaması səbəbindən dinc əhali ağır itkilər verib.