Tehran - İRNA - Ölkənin Seçki Qərargahının mətbuat xidmətinin katibi 14-cü prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin yekun adlarını açıqlayıb.

İRNA-nın siyasi məsələlər üzrə bölməsinin müxbirinin bildirdiyinə görə, ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami bu gün 14-cü prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin adlarını açıqlayıb.

Prezident seçkilərində iştirak hüququ qazanan 6 namizədin adı belədir:

1. Mustafa Purməhəmmədi

2. Məsud Pezeşkiyan

3. Səid Cəlili

4. Əlirza Zakani

5. Məhəmmədbaqir Qalibaf

6. Seyid Əmirhüseyn Qazizadə Haşimi