Sergey Lavrov bazar ertəsi Rusiyanın Nijni Novqorod şəhərində BRİKS xarici işlər nazirlərinin görüşündə əlavə edib: “Ötən il Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində (2023-yay) BRİKS sammitinin qərarlarının həyata keçirilməsi, xüsusilə beynəlxalq valyuta-maliyyə sisteminin təkmilləşdirilməsi və qarşılıqlı ticarətdə milli valyutaların hesablaşma platformasının yaradılması sahəsində zəruri tədbirlər həyata keçirilir.”
Rusiya Xarici İşlər naziri açıqlamasının başqa bir hissəsində deyib: “Beynəlxalq aləmdə baş verən son proseslər dünyaya öz nizamını sırımağa çalışan Qərbin maskasını çıxartdı.”
“Son beynəlxalq hadisələr, bu günə qədər şifahi qaydalara əsaslanan bir nizam adı altında sözdə qlobal dəyərləri müəyyən etmək üçün demək olar ki, müstəsna hüquqa sahib olduğunu iddia edənlərin maskasını açdı” - deyə, o, qeyd edib.
Rusiya Xarici İşlər naziri deyib: “Eyni zamanda, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri öz hökmranlıqlarını qoruyub saxlamaq cəhdlərini dayandırmır və çoxqütblü quruluşun formalaşmanın obyektiv proseslərini ləngitməkdən əl çəkmir.”
Lavrov bildirib: “Onlar iqtisadi vasitələrdən silah kimi istifadə edirlər, sanksiyaların təzyiqi və maliyyə şantajı ilə müstəqil ölkələrin inkişaf modelləri və ticarət tərəfdaşları seçiminə təsir göstərməyə çalışırlar.”