Hizbullah yaydığı bəyanatda Nəhariyadakı 146-cı şərq diviziyasının qərargahını hədəfə aldığını və çoxlu sayda sionist əsgərinin öldüyünü və ya yaralandığını bildirib.
Hizbullah bu hücumu sionist rejimin Livanın cənubuna hücumlarına cavab, Fələstin xalqına və Qəzzə zolağında müqavimətə dəstək olaraq həyata keçirdiyini açıqlayıb.
Livan İslami Müqaviməti bu hücumun sözügedən bazada yanğına səbəb olduğunu əlavə edib.
Hizbullah həmçinin "Bəyaz Bəlidə" bazasını hücum pilotsuz təyyarə ilə, "Radar" bazası və onun casusluq avadanlıqlarını müvafiq silahlarla hədəf aldığını bildirib.
Publish Date: 10 iyun 2024 - 16:56
Tehran - İRNA - Media mənbələri bu gün (bazar ertəsi) Livan Hizbullah Hərəkatının hücum pilotsuz təyyarəsinin işğal olunmuş Fələstinin şimalında sionist rejim ordusunun bazasına zərbə endirdiyini xəbər verib.