Bu raket hücumunda Livanın cənub sərhədindəki “Bərkə Rişa” bazası hədəfə alınıb.
Eyni zamanda, sionist media orqanları işğal olunmuş Fələstinin şimalında və Livanla sərhəddəki Əl-Cəlil əl-Qərbi bölgəsinin Zareit, Ərəb əl-Əramişə və Şuməyra qəsəbələrində raket sirenlərinin səsləndiyini elan edib.
Hizbullahın amansız raket və PUA hücumları sionist rejimin sakinləri və rəsmilərinin yuxusunu ərşə çəkib.
Bundan öncə də, Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalındakı sionist rejimin hərbi qərargahına bir neçə dəfə hücum etmişdi.