İRNA-nın məlumatına görə, Trend xəbər agentliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən yazıb ki, nazirliyin 2024-cü il üçün planına əsasən, bu gün, iyunun 12-də Naxçıvanda taktiki təlimlər keçiriləcək.
Hərbi heyətin iştirakı, döyüş və aviasiya texnikası və PUA-ların tətbiqi ilə keçiriləcək bu təlimlərdə əsas diqqət komandirlərin qərar qəbuletmə vərdişlərinin və peşəkarlıq səviyyəsinin artırılmasına, bölmələr arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldiləcək.
Trend Xəbər Agentliyi əlavə edib: Azərbaycan Respublikası ilə İran arasında razılaşmaya əsasən, qonşu ölkədə eyni vaxtda və İran İslam Respublikası Ordusunun müvafiq qüvvə və texnikasının iştirakı ilə taktiki təlimlər keçiriləcək.
2 ölkənin ev sahibliyi edəcəyi bu təlimlər mümkün təxribat fəaliyyətlərinə qarşı strateji avadanlıq və kommunikasiya xətlərinin mühafizəsi üçün koordinasiyalı şəkildə müxtəlif tədbirlər həyata keçiriləcək.