Tehran - İRNA - Xarici işlər naziri vəzifəsini icra edən İran İslam Respublikasının iki mühüm quruma, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS Qrupuna üzvlüyünü şəhid prezidentin mirası adlandırıb və deyib: Bu iki qurumda üzvlük İranın beynəlxalq mövqe və mexanizminin təbliği üçün xüsusi əhəmiyyət kəsb edir.

Əli Baqiri Kəni çərşənbə günü, iyunun 12-də hökumət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə deyib: Mənim Rusiyaya səfərim İranın rəsmi üzvlüyündən sonra ilk BRİKS iclası sayılan BRİKS xarici işlər nazirlərinin toplantısında iştirak etmək idi.

Xarici işlər naziri vəzifəsini icra edən əlavə edib: İran bir güc olaraq öz məqsədlərinə çatmaq üçün öz baxışını çoxtərəfli mexanizmlər şəklində təqdim etməlidir ki, digər güc və ölkələrin dəstəyi və uyğunlaşması ilə öz yerində qərarlaşsın və İran baxışı hədəf nöqtəsinə yaxınlaşır.

O, İranın BRİKS kimi bir qrupda mövcudluğunun ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirərək xatırladıb: İranın iki mühüm qurumda, yəni Qərbin təhlükəsizlik mexanizmlərindən kənarda olan ən böyük beynəlxalq qurumda, yəni Şanxay Əməkdaşlıq Təşkilatında, eləcə də Qərbə aid olmayan ən böyük beynəlxalq iqtisadi və ticarət mexanizmi olan BRİKS-də mövcudluğu Ayətullah Rəisi və Əmir Abdullahianın qiymətli və mühüm irsidir. Çünki şəhid Ayətullah Rəisi İranın BRİKS-ə üzvlüyünə xüsusi önəm vermişdi.