Şiraz - İRNA - Üçüncü cərrahiyyə əməliyyatı çərçivəsində Şirazın Namazi xəstəxanasında Rüqəyyə və Ümmül-Bənin adlı birləşmiş əkizlər bir-birindən ayrılıb.

Şirazın Namazi xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri şənbə günü keçirdiyi mətbuat konfransında deyib: Rüqəyyə və Ümmül-Bənin əslən əhvazlı olan əkiz qızlardır və onlar 10 ay əvvəl bitişik dünyaya gəliblər. Bu əkizlər nazik bağırsaqdan, mədəaltı vəzidən və onikibarmaq bağırsağından bir-birinə bitişmişdi və bu da əməliyyat riskini artırırdı. 

Əli Bahaduri əlavə edib: Şirazın Tibb Elmləri Universitetinin cərrahiyyə qrupu Namazi Xəstəxanasında əkizləri 3 ay yarımlıqda əməliyyat etmək qərarına gəliblər ki, əməliyyat zamanı həkimlər əkizlərin yapışmasının digər ümumi cəhətlərini də müşahidə ediblər. Bu da, birinci mərhələdə əkizlərin yalnız ciyərlərinin ayrılmasına səbəb oldu.

Tags