Tehran - İRNA - Sionist mediası şənbə günü gecə bildirib ki, minlərlə etirazçı Tel-Əvivdə və Benyamin Netanyahunun iqamətgahı qarşısında yenidən ona və kabinetinə qarşı nümayiş keçirib.

İsrailli etirazçılar Raanana yol kəsişməsini bağlayaraq erkən seçkilərin keçirilməsini və Qəzzada israilli məhbusların azad edilməsini tələb ediblər.

Sionist Radio və Televiziya Təşkilatı Qəzza zolağındakı israilli əsirlərin və öldürülən hərbiçilərin ailələrinin müqavimətlə əsir mübadiləsi razılaşması çərçivəsində müharibənin dayandırılmasını tələb etdiklərini vurğulayıb.