Sionist rejim KİV-ləri məlumat yayıb: “Bu nümayiş bu gün, bazar ertəsi səhər saatlarında Qüdsdə 16 nömrəli magistral yola aparan 1 nömrəli şossedə keçirilib. Oxşar nümayişlərin işğal olunmuş ərazilərin digər ərazilərində də keçirilməsi planlaşdırılır.”
“Walla” xəbər agentliyi bildirib: “Nümayişçilər Hertsaliyadakı 2 saylı şosseni də bağlayıblar və 45 nömrəli magistral yolun Qazit kəsişməsində, həmçinin Akka şəhəri yaxınlığındakı Yafur kəsişməsində nəqliyyatın hərəkətini dayandırıblar.”
Sionist rejimin baş naziri Benyamin Netanyahunun kabinetinə müxalif medialar və fəallar da ardıcıl ikinci gün davam edən etirazların görüntülərini yayıblar.