Tehran - İRNA - Keçmiş baş nazir və sionist rejim kabinetinə qarşı müxalifət qanadının rəhbəri Yair Lapid bu rejimin baş nazirini Binyamin Netanyahunu zəif və dəli adlandıraraq müxalifətin bu kabineti devirmək imkanı olduğunu deyib.

Yair Lapid yenidən sionist rejimin kabinetinə hücum edərək dedi: “Netanyahunun kabineti dəli və bacarıqsızdır və daxili münaqişələrə məşğuldur. Cənub (Qəzzə zolağında döyüş cəbhəsi) və şimalın (Hizbullah ilə döyüş cəbhəsi) onun üçün əhəmiyyəti yoxdur.

Lapid əlavə edib: “Netanyahunun kabineti devrilməlidir və inanıram ki, bunu etmək mümkündür.”

“Benny Qantz İsrailin müharibə kabinetindən istefa verdiyi andan bizim Netanyahunun kabinetini devirmək üçün imkanımız var və onu devirmək üçün birlikdə çalışacağıq” - deyə, o, bəyan edib.