Çin Xalq Ordusunun Milli Müdafiə Universitetinin yüksək rütbəli heyəti, bu universitetin hərbi idarəetmə fakültəsinin rəhbəri, general-mayor Vu Fenminqin başçılığı ilə İİR Ordusunun Komanda və Qərargah Universitetinin elmi, tədris və tədqiqat imkanları ilə tanış olmaq məqsədilə çərşənbə axşamı bu ali məktəbdə olub.
Komandanlıq Universiteti və Ordu Qərargahının rəhbəri general-mayor Hüseyn Vəlivənd Zəmani bu görüşdə İran və Çin arasında qədim dostluğa toxunaraq deyib: “İslam İnqilabından sonra və səkkiz illik Müqəddəs Müdafiə dövründə İran və Çin dostluğu, xüsusən də son illərdə çox diqqətəlayiq olmuşdur. Müdafiə və hərbi sahədə ikitərəfli münasibətləri daha da inkişaf etdirmək meylimiz var.”
Ordu Komandanlığı və Qərargah Universitetinin rəhbəri deyib: “Bu universitet doxsan ildən artıq tarixə malik olmaqla ölkəmizin ən qədim universitetidir. Biz magistr və doktorantura pillələrində üç səviyyəli taktika, əməliyyatlar və strategiya üzrə tələbələrə təlim veririk. Universitet məzunları İran İslam Respublikasının Ordusunda və Silahlı Qüvvələrində orta və yuxarı rütbələrdə işlə təmin olunurlar.”
Publish Date: 18 iyun 2024 - 18:03
Tehran - İRNA - Çin Xalq Ordusu Milli Müdafiə Universitetinin yüksək rütbəli heyəti İran İslam Respublikası Ordusunun Komanda və Qərargah Universitetini ziyarət edib.