Tehran - İRNA - Media mənbələri bu gün (çərşənbə axşamı) Livan Hizbullah Hərəkatına məxsus bir pilotsuz uçan aparatının işğal altındakı Fələstinin şimalına daxil olaraq, Hayfa limanındakı həssas mövqelərinin görüntülərini müvəffəqiyyətlə lentə aldığını bildirib.

İRNA-nın “Əl-Məyadin” xəbər telekanalına istinadən verdiyi məlumata görə, Livan Hizbullahı tərəfindən yayımlanan videoda onun pilotsuz təyyarələrindən birinin işğal olunmuş Fələstinin şimalına daxil olduğu və həssas mövqeləri lentə aldığı görünür.

Bu xəbərə görə, pilotsuz təyyarə əhəmiyyətli görüntüləri uğurla lentə aldıqdan sonra Livana qayıdıb və bu görüntüləri müqavimət qüvvələrinə çatdırıb.