Publish Date: 19 iyun 2024 - 14:46

Tehran - İRNA - Livan mediası Hizbullah Hərəkatının "Hüdhüd" pilotsuz uçan aparatından istifadə edərək işğal olunmuş Fələstin ərazilərinin dərinliklərində kəşfiyyat əməliyyatlarına işarə edərək, sionist rejimin başçıları və sioinst mühacirlər üçün onun mühüm mesajlarına toxunub.

Bu xəbərə görə, Hizbullahın mesajı budur ki, sionist rejimin baş naziri Benyamin Netanyahu 7 oktyabr  məğlubiyyətindən sonra Livana qarşı müharibə edərək özünü xilas edə biləcəyini düşünürsə, müqavimət onun üçün dar ağacı ipini hazırlayıb.

Müqavimətin sionistlərə başqa bir mesajı da budur ki, sizin məsul şəxsləriniz şimal bölgələrindən olan 100 minə yaxın köçkünün problemini həll edə bilmədikdən sonra, Hizbullahın müəyyən etdiyi ərazilərdə yaşayan daha 250 minə yaxın insanın didərgin salınmasını idarə etməsi mümkün deyil.