Sionist rejim ordusunun sözçüsü Daniel Hacari bu gün (çərşənbə) bəyan edib ki, əgər siyasi səviyyə HƏMAS-a alternativ tapmasa, o zaman bu hərəkat qalacaq.
“HƏMAS xalqın qəlbində olan bir partiya və ideyadır. Bunu insanların qəlbindən silə biləcəyimizi düşünən hər kəs yanılır” - deyə, o, bildirib.
Sionist rejim ordusunun sözçüsü bu rejimin Qəzzə zolağı ilə müharibənin məqsədlərinə nail ola bilməməsinə baxmayaraq iddia edib ki, biz Rəfahdakı HƏMAS batalyonlarını məhv etməyə yaxınıq.
Hacari həmçinin Hizbullahın “Hüdhüd” pilotsuz uçan aparatı ilə Hayfa limanında sionist rejimin mühüm bazalarının uğurla çəkilişini aparması haqda deyib: “Vətəndaşların həyatını qorumaq üçün Hizbullahın pilotsuz təyyarəsini vurmadıq.”