Tehran - İRNA - Sionist mühacirlər növbəti dəfə Təl-Əviv küçələrinə çıxaraq sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı şüarlar səsləndiriblər.

Sionist rejimin mediası sionist yerləşimçilər tərəfindən Təl-Əvivdə nümayişlər keçirildiyini bildirib və yazıb: Nümayişçilər əsirlərin dəyişdirilməsi müqaviləsinin imzalanmamasına etiraz edərək, sionist rejimin baş naziri və onun ifratçı kabinetinin əleyhinə şüarlar səsləndirərək, bu kabinetin devrilməsini tələb ediblər.

Bundan öncə də Aşkelonda sionist yerləşimçilər sionist rejimin baş nazirinə etiraz edərək əsirlərin azad edilməsi üçün müqavimətlə razılaşma tələb etmişdilər.