Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri ilə görüşdə deyib: Sionistlərin təcavüz və cinayətinin baha başa gəlməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır və işğalçılara qarşı müqavimət daxili silahlı müqavimətlə məhdudlaşdırılmamalıdır.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Dohadakı siyasi ofisinin rəhbəri İsmail Haniyə ilə görüşən xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri, Fələstin xalqının və müqavimətinin qəhrəmanlıq mövqeyini yüksək qiymətləndirib və İran İslam Respublikasının ikitərəfli və çoxtərəfli arenalarda müqaviməti dəstəkləməkdə son diplomatik addımlarını izah edib.

Baqiri deyib: Sionistlərin təcavüzü və cinayətinin baha başa gəlməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır və işğalçılara qarşı müqavimət təkcə silahlı müqavimətlə məhdudlaşdırılmamalıdır. Əksinə, daxildə silahlı müqavimətlə yanaşı Fələstin xaricində hüquqi müqavimət, siyasi müqavimət və xalq diplomatiyası sahəsində müqavimət Fələstin xalqının iradə və hüquqlarını qorumalı və dəstəkləməlidir.