Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan Şəhid İzzəddin Əl-Qəssam Briqadaları birgə əməliyyat keçirərək Rəfah şəhərində sionist rejimin iki tankı və bir neçə əsgərini ovladıqlarını bildirib.

Əl-Qəssam Briqadaları yaydığı bəyanatda bildirir: “Rəfah şəhərində yerləşən “Əş-Şaburə” düşərgəsində sionist düşmənin iki Merkava tankını Əl-Yasin 105 raketləri ilə hədəfə aldıq və onları məhv etdik.”

Bəyanatda əlavə olunur: “Bu iki tank hədəf alındıqdan sonra onların ekipaj üzvləri bir evə qaçdılar. Döyüşçülərimiz onları təqib edərək sıfır məsafədən onlarla vuruşurdular.”