Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri Qəzzə zolağında müharibə hadisələrinə işarə edərək, Amerikanın hiyləgərliyini və onun bu bölgədəki üzən iskələsini sərt şəkildə tənqid edib və bu iskələni Amerikanın bölgədəki hərbi bazası adlandırıb.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi həftəlik çıxışında deyib: “Amerika aldatma yolundadır. Vaşinqton Qəzzədəki humanitar vəziyyətdən narahat olduğunu bəhanə edərək, iskələ yaratdı ki, ondan işğal və düşmənə dəstək vermək üçün baza kimi istifadə etsin.”

“Amerika işğalçılığı azadlıq, qətl və soyqırımı isə yardım kimi qələmə verir” - deyə, hərəkat lideri vurğulayıb.

Əl-Husi əlavə edib: “Üzən iskələ Qəzzə zolağında yardım göstərmək və insanların yaşayış ehtiyaclarını ödəməkdə heç bir rol ifa etmir, Qəzzə zolağında aclığın ən şiddətli vaxtında amerikalılar onu Aşdoda köçürdülər.”

Yəmən Ənsarullah lideri əlavə edib: “Amerikalılar düşmən İsraili açıq şəkildə dəstəkləməyə davam edirlər. Bombalar və digər sursatlar Fələstin xalqını öldürmək üçün hava körpüsündən işğalçıların əlinə çatır. ABŞ Qəzzə soyqırımını davam etdirən işğalçı rejimə dəstək olmaq üçün 50 ədəd F-15 döyüş təyyarəsi göndərməyə hazırlaşır.”