HƏMAS bu bəyanatında bildirib: İşğal olunmuş Fələstin torpaqları ilə bağlı istintaq komitəsinin sədri Navi Pillainin cümə axşamı günü verdiyi açıqlamalar yüksək səviyyəli beynəlxalq qurum tərəfindən sionist işğalçı ordunun Qəzzada törətdiyi cinayətlərin yeni təsdiqidir. Bunlar Fələstin xalqına qarşı soyqırım, etnik təmizləmə və köçkünlük aktlarından başqa heç bir əsası olmayan cinayətlərdir.
Bu bəyanatda əlavə olunur: İşğal rejiminin cinayətlərinin sənədləşdirilməsi, onun qınanması və beynəlxalq ədalətə nail olunması üçün beynəlxalq səyləri yüksək qiymətləndirsək də, qurbanın cəlladla eyniləşdirilməsindən təəssüflənirik və işğalçı rejimin Fələstin müqavimətinə qarşı müstəqil hesabat və araşdırmalarla yalan olduğu sübuta yetirilən ittihamlarının daim təkrarlanmasını rədd edirik.