Ənsarullah Hərəkatının rəsmi saytı bir təhlükəsizlik mənbəsinə istinadən bildirib: “ABŞ və İngiltərənin təcavüzkar koalisiyasının Yəmən xalqına qarşı hava hücumları sionist rejimin müdafiəsi məqsədi ilə davam edir.”
Yəmən təhlükəsizlik mənbəsi əlavə edib: “Sözügedən hücumlar cavabsız qalmayacaq.”
Son aylarda Yəmənin müxtəlif bölgələri dəfələrlə ABŞ və İngiltərənin təcavüzkar hücumlarının hədəfinə çevrilib.
Bu hücumlar sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq üçün Yəmənə təzyiq göstərmək məqsədilə həyata keçirilir.
Publish Date: 22 iyun 2024 - 19:49
Tehran - İRNA - ABŞ və İngiltərə koalisiyasının təyyarələri bu gün (şənbə) Yəmənin qərbindəki Əl-Hudeydə əyalətinin Əl-Luhəyyə şəhərinin ərazilərini dörd dəfə bombalayıb. Hələlik, bu hücumlar dinc sakinlər arasında itkiyə səbəb olmayıb.