Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri deyib: Orta hesabla Qəzza zolağında hər gün 10 fələstinli uşaq bir və ya iki ayağını itirir.

Filip Lazzarini İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında əlavə edib: Bu statistikaya əllərini və ya qollarını itirmiş uşaqlar daxil deyil.

O bildirib: Bu statistika BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı rəqəmlərə əsaslanır.

UNRWA rəhbəri əlavə edib: Hər gün bir və ya iki ayağını itirən 10 uşaq, İsrailin Qəzza sakinlərinə qarşı 260 gündən çox davam edən amansız müharibəsindən sonra 2 minə yaxın fələstinli uşağın bir və ya iki ayağını itirməsi deməkdir.

O, Qəzzada amputasiyaların çox vaxt çox dəhşətli şəraitdə və bəzən heç bir narkoz olmadan edildiyi barədə məlumatlar  əldə etdiklərini bildirərək əlavə edib: Bu məsələ uşaqlara da aiddir.