İRNA-nın məlumatına görə, neft naziri Cavad Ovci cümə axşamı sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Rusiya qazının İrana ötürülməsinə dair strateji razılaşma İranın dünya qaz ticarətindəki payının sıçrayışında unikal hadisə və şəhid Rəisinin fəal enerji diplomatiyasının son yadigarıdır.”
“Bu mühüm hadisə iki ölkənin maraqlarını təmin etməklə yanaşı, İranı regionun qaz habına çevirmək üçün böyük addım hesab olunur” - deyə, o, əlavə edib.