Bu xəbərə əsasən, anım mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, İran və Azərbaycan Respublikası Parlamentinin Dostluq Qrupunun üzvləri, Azərbaycan Respublikasında yaşayan səfir və diplomatları, Bakı şəhər məscidlərinin imam camaatları, Azərbaycan Respublikasında yaşayan iranlılar və bu ölkənin geniş ictimaiyyəti başsağlığı vermək üçün iştirak ediblər.
İRNA-nın məlumatına görə, İmam Rzanın (ə) xadimi və İran İslam Respublikasının səkkizinci Prezidenti Ayətullah Seyid İbrahim Rəisi 19 may bazar günü Qız Qalası Su Anbarının açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycanın Vərziqan şəhəri ətrafında hava qəzası baş vermişdir, Prezident və onu müşayiət edən heyət İmam Əli ibn Musa Rzanın (ə) mövlud axşamında şəhidlik məqamına ucalmışdır.
Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin cümə imamı höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin Mühafizə Alayının komandiri general Seyid Mehdi Musəvi, ikinci briqada generalı pilot Seyid Tahir Mustəfəvi, ikinci briqada generalı pilot Möhsin Dəryanuş və polkovnik Behruz Qədimi Prezidenti daşıyan helikopterin sərnişinləri arasında olub.