Publish Date: 28 iyun 2024 - 14:07

Tehran - İRNA - Xəbər mənbələri Yəmən sularında təhlükəsizlik insidentinin baş verdiyini bildirib.

Britaniya Dəniz Ticarət Təşkilatı Yəməndə yerləşən Hüdeydə şəhərinin 150 dəniz mili şimal-qərbində təhlükəsizlik insidentinin baş verdiyini açıqlayıb.

Media mənbələri hələlik bu “təhlükəsizlik insidentinin” təfərrüatlarını açıqlamayıb.

Yəmən ətrafında dəniz hadisələrinin təkrarlanması bu ölkənin silahlı qüvvələrinin Yəmənə yaxın su yollarından keçən sionist rejimin gəmilərinə qarşı əməliyyatlarının davam etdiyi və intensivləşdiyi bir vaxtdadır.

Yəmən silahlı qüvvələri ötən aylarda Qəzzə xalqına dəstək olaraq Qırmızı dəniz, Hind okeanı və Bab əl-Məndəb boğazından işğal olunmuş Fələstin ərazilərinə gedən sionist rejim olan İsrailin bir neçə gəmisini və ya bu rejim üçün yük daşıyan gəmiləri hədəfə alıblar.