İki məlumatlı Amerika rəsmisi bildirdi ki, Vaşinqton oktyabrın 7-dən bu yana sionist rejimə hər biri 500 funt ağırlığında ən azı 14.000 “Mark 84” bombası və 3.000 “Hellfire” hava-yer raketi, 1000 minaatan bombası, 2600 hava-yer bombası və digər sursat və bombalar göndərib.
Reuters-in məlumatına görə, silah tədarükü ilə bağlı statistika göstərir ki, ABŞ-ın sionist rejimə hərbi dəstəyində ciddi azalma yoxdur.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin silah eksperti Tom Karako Reuters-ə deyib: Siyahı ABŞ-ın İsrailə (rejiminə) əhəmiyyətli dərəcədə dəstəyini açıq şəkildə göstərir.
ABŞ Müdafiə Nazirliyi 7 oktyabr 2023-cü il tarixində Əl-Əqsa tufanı əməliyyatından sonra İsrailə 50.000-dən çox Haubitsa sistemlərində istifadə edilən “M795” 155 mm-lik top mərmisi göndərdiyini açıqlamışdı.