İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda öz rəsmi hesabında dərc etdiyi mesajda bildirib: Fələstinin canına və Qəzza zolağı sakinlərinə vurulan ağrılar və iztirablar sözlə ifadə edilə bilməz.
O, əlavə edib: Bu dəhşətli cinayətlərin davam etməsində ABŞ və peşəkar cinayət rejimi olan İsrailin digər dəstəkçilərinin məsuliyyəti sözügedən rejimdən heç də az deyil.
Diplomatik qurumun sözçüsü qeyd edib: Bütün bu cinayətlər və vəhşiliklər qarşısında susqunluq və biganəlik insani və mənəvi məsuliyyətdən uzaqdır və insan vicdanı məhkəməsində və ilahi məhkəmədə rədd edilir və qınanır.