Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Fransada saxlanılan İran vətəndaşı Bəşir Biazarın azad edilməsindən məmnunluğunu ifadə edib.

Bəşir Biazarın ailəsinə qayıtmasının davamlı siyasi və konsulluq səylərinin nəticəsi olduğunu bildirən Nasir Kənani vurğulayıb: Xaricdəki İran vətəndaşlarının hüquqlarının qorunması və müdafiəsi İran İslam Respublikası hökumətinin mühüm prioritetidir.

İran vətəndaşı Bəşir Biazar 3 iyun 2024-cü il bazar ertəsi günü Fransada məhkəməyə çağırılıb və Qəzza müharibəsi və antisemitizm haqqında məlumat yaymaq bəhanəsi ilə həbs edilib.